İngiltərə aktrisası Helen Mirren, dünyaca məşhur kosmetika markası “L Oreal Paris”in siması oldu. 69 yaşlı aktrisa Mirren mövzuyla əlaqədar olaraq bildirib ki, "Əla deyiləm və əsla da olmadım. L Oreal Paris markasını sevirəm və bu cür müvəffəqiyyətli bir markanın siması olduğum üçün çox xoşbəxtəm”.



“L Oreal Paris”in baş direktoru Elen Macaskill də, "Dünyanın harasında olursanız olun teatr və kino tamaşaçıları üçün Helen Mirren möhtəşəm, gözəl, cazibədar və tam olaraq bir İngilis qadınıdır" deyə mövzuyla əlaqədər bildirib.