Hal-hazırda çox məşhur olan “banner” anlayışı yəni reklam və təqdimat məqsədli hazırlanan və internet saytlarını bəzəyən fərqli ölçülərdəki virtual afişa və plakatlar. Fərqli ölçülərdə istifadə olunan bannerlərin bəzisi sabit, bəzisi isə hərəkətlidir.



Və bu “banner”lər tam 20 il bundan əvvəl həyatımıza girdi. İlk banner hal-hazırda “Wired” adı ilə bilinən jurnalın internet saytı “HotWired.com”da yayımlandı: "Have you ever clicked your mouse right HERE? YOU WILL". “AT & T” üçün hazırlanan və 27 Oktyabr 1994-cü ildə həyata keçirilən bu banner dörd ay ərzində bu 44% klikləndi.