“Honda” illərdir yeniləyərək davam etdirdiyi ardıcıllığı “Civic” və “Type R” üçün “Wieden + Kennedy London”la birlikdə bir hekayə təqdim etdi. YouTube üçün xüsusi olaraq hazırlanan “The Other Side” adlı reklam çarxında bir-birinə paralel iki hekayə ilə “Civic” və “Type R” xarakterləri təsvir edilir.
Rejissor kreslosunda Daniel Wolfeun olduğu reklam çarxı sıravi bir ata və bir də onun sıradan olmayan alternativ həyatını izah edir. Reklam çarxı tamaşaçılara klaviaturadakı R düyməsini basaraq iki hekayə arasında keçid imkanı tanıyır.
Qeyri-adi reklam çarxı, bu xüsusiyyətiylə Bob Dylanın "Like a Rolling Stone" mahnısı üçün çəkilən video klibi xatırladır. “W + K”nin blogunda "İnsanların Hondanın digər üzünü görmələri ilə yanaşı hiss etmələrini də istədik. Buna görə iki hekayəni bir araya gətirən bir reklam çarxı təqdim etdik" şərhi verilib.