“Air New Zealand” yeni reklam çarxı ilə sərnişinlərini təkrar “Orta Dünya”ya aparır. Havayolu şirkəti bundan əvvəl iki reklam çarxında da Hobbit obrazına yer vermiş və olduqca maraq çəkmişdi.




Marka, önümüzdəki ay ekranlara gələcək “Hobbit: Beş Ordunun müharibəsi”dən əvvəl yenə ona bənzər bir reklam çarxı təqdim etdi. Sözügedən reklam çarxında Elijah Wood, Dean O Gorman ve Sylvester McCoy kimi məşhurlar yer alıb.



Reklam çarxında, “Air New Zealand” ilə “Orta Dünya”ya edilən bir uçuşda, sərnişinlərə nə etmələri haqqında lazım olanları reklam qəhrəmanları tərəfindən göstərilir. Hobbit pərəstişkarı olan iki gəncin iştirak etdiyi reklam çarxında, Hobbit filminə aid məkanların istifadə edilməsi reklam çarxını kino dadında yaşadır. "The Most Epic Safety Video Ever Made” adlı reklam çarxının sonunda rejissor Peter Jackson da iştirak edir.