Gillette, Latın Amerika bazarı üçün yeni reklam çarxı təqdim etdi. Sözügedən reklam çarxında Gillette özünün təraş bıçağının Latın torpaqlarının vazkeçilməzi olan futbol ilə bənzərliklərini əks etdirir.
FC Barcelonanın rəsmi sponsoru olan və təraş sonrası həssas dəri vəd edən "Gillette Mach3", həssaslıq sözünün Latın mənşəli olduğunu ifadə edir və buradan futboldakı həssaslığa keçid edərək təsirli bir bənzətmə yolunu seçir.
Grey imzası daşıyan reklam çarxında küçədə oynanılan futboldan, stadionlara, həvəskarından, futbolda xüsusilə Latın Amerikası üçün ikon halına gələn Messiyə qədər o torpaqların oyunçularına yer verilir.