Ötən 7 gün içərisində 350.000 dəfə paylaşılan “Chanel No: 5” reklam filmi bu rəqəmlə həftənin ən çox paylaşılan reklam çarxı oldu. Reklam filmində baş rolda model Gisele Bündchen yer alıb.



Hollywood rejissoru Baz Luhrmann tərəfindən çəkilən reklam filmi, yenə Luhrmannın filmi olan Great Gatsby ilə olan bənzərliyiylə diqqət çəkir. Filmdə önə çıxan musiqi isə hər kəsin tanıdığı "The One That I Want" adlı mahnıdır və mahnı Lo-Fang tərəfindən daha yavaş bir tərzdə səsləndirilir.