Philips, ən son hazırladığı təqdimat filmiylə, bir-birindən fərqli tonlarda rəngləri və gecə xizəkçilərini bir araya gətirdi. Nəticədə ortaya rəngarəng kadrlardan ibarət vizual bir görüntü çıxdı.
Yeni TV-si olan “Ambilight”ın rəngləri əks etdirmə gücünü göstərmək istəyən Philips, bu təqdimat üçün Stockholm agentliyi “Ahlstrand & Wallgren” və istehsal şirkəti “Sweetgrass Productions” ilə birlikdə çalışdı.
"Afterglow" adlı reklam filmi üçün ekran qarşısına keçənlər isə professional xizək qrupu oldu. Filmin çəkilişi Alyaskadaki “Golden Alpine Holidays”də gecənin bir yarısı, nəhəng rəngli işıqların altında reallaşdı. 12 dəqiqə davam edən reklam filmi üçün 4.000 wattlıq, rəngli işıqlar əks etdirən spotlar istifadə olundu. Rənglərin daha yaxşı əks olunması üçün xizəkçilər bədəninə 7.000 ədəd led işıq dəstələri bağladı. 1 həftə əvvəl bir qismi yayımlanan çəkiliş 1 milyondan çox izlənmə sayına çatdı. Reklam filminin 12 dəqiqəlik tam versiyası ilə birlikdə 3 dəqiqəlik qısa versiyası da var.