“Nescafe Gold” qablaşdırmada dizaynı dəyişərək yeni obraz yaratdı. İndi bütün dünyada Nescafe məhsulları üçün yalnız bir dizayn və yeni sloqan istifadə olunacaq.
Yeni sloqan isə “It all starts with a Nescafe” (Hər şey Nescafe ilə başlayır) olacaq. “Nescafe Gold”un yeni təqdim olunmuş dizaynında məlum olan qızıl-qəhvəyi rəng çalarları saxlanılıb.
Bununla yanaşı köpüklü qəhvə səthi, taxılın qızıl simvolu və təbii ki, brendin yenilənmiş qırmızı vurğu ilə olan loqosu kimi yeni elementlər də əlavə olunub. Yenilənmiş, daha parlaq dizayn yüksək keyfiyyətli sevimli qəhvənin müasir obrazını əks etdirir.








