ABŞ-ın təyyarə istehsalçısı Boeing şirkəti Android əməliyyat sisteminin bazası əsasında işləyəcək smartfon buraxacaq. Aparat korporativ istehsalçılar üçün nəzərdə tutulmaqla təhlükəsiz mühafizə olunan rabitə xidmətləri təqdim edəcək və qiyməti 15-20 min dollar təşkil edən əksər analoqlarından daha ucuz olacaq.
Cihazın hazırlanması başa çatmaq üzrədir və smartfonun bazara 2012-ci ilin sonunda çıxarılacağı gözlənilir, deyə Boeing-in vitse-prezidenti Brayan Palma bildirib.
Android-in əməliyyat sistemi qismində seçilməsini B.Palma qiymət, eləcə də korporativ və istifadəçi qurğuların imkanlarını bərabərləşdirmək istəyi baxımından izah edib. Onun fikrincə, funksionala görə korporativ qurğular istifadəçi qurğularından çox geri qalır.
Şirkətin top-meneceri hesab edir ki, qurğuya müdafiə və kəşfiyyat qurumlarında, fövqəladə hallar xidmətlərində, eləcə də biznes istifadəçilər arasında böyük tələbat olacaq, Lenta yazır. Smartfonun texniki xüsusiyyətlərini, aparatın adı ilə yanaşı Boeing hələ ki açıqlamır.