IKEA Sinqapur, yaxınlaşan "Halloween" üçün gec zamana qədər alış-veriş etmək imkanını tanıtdığı yeni reklam çarxı təqdim etdi.



Şirkət təqdim etdiyi reklam çarxında qorxu filmlərindən biri olan “The Shining”ə göndərmə etdi. “BBH Sinqapur” imzası daşıyan filmdə, qaranlıq IKEA mağazasında velosipediylə gəzən bir uşaq görünür.



“The Shining” filmindəki hol səhnəsinin canlandırıldığı mağazada, uşağın qarşısına filmdəki iki kiçik qız cildində ana və atası çıxır. Bu isə yalnız uşağın bir anlıq qorxu dolu xəyalı imiş. Sonda isə hər şey köhnə vəziyyətinə qayıdır.