Land Rover, RKCR / Y&R imzası daşıyan yeni qlobal reklam kampaniyasını başlattı. Reklam filmi Adam Hashemi imzası daşıyır. Sözügedən reklam filmində, Londondan Çilinin Los Andes şəhərinə qədər bir çox fərqli məkandan keçən bir səfərə yer verilir.



Dünyada kəşf ediləcək bir çox yer və insan olduğu mesajının verildiyi filmdə, bunun da Land Rover ilə mümkün ola biləcəyi vurğulanır. "Into the World" kampaniyasının fərqli ölkələrdə reallaşan çəkilişləri bir aydan çox bir müddətdə davam etdi və mükəmməl bir nəticə ilə sona çatdı.