Məhsul yerləşdirmə artıq televiziya ekranlarında, video oyunlarda tez-tez görməyə alışdığımız bir reklam istifadəsidir. Ancaq "BadgerHunt" işə fərqlilik qataraq fərqli bir sahədə xidmət göstərir.



Reklamverənlərə fiziki şəxslərin t-shirtlərinə, şapkalarına və ya avtomobillərin tamponlarına reklam stickerləri yerləşdirəbiləcəkləri "reklam sahələri" təklif edir.



Bu işdən pul qazanmaq istəyən istifadəçilər isə əlaqədar markaların t-shirtlərini geyərək və ya şapkalarını taxaraq selfie çəkirlər və yaxud da avtomobillərin tamponlarına reklamverənlərin stickerlərini yapışdırırlar. Beləcə reklam nümayiş olunur və istifadəçilər reklamverənlərdən gəlir əldə edir. İstifadəçilər, çəkdikləri və yayımladıqları fotoşəkilləri “BadgerHunt”ın internet saytında paylaşırlar.



Daha sonra bu fotoşəkillər reklamverənlərə göndərilir. Beləcə reklamın təsdiq mexanizmi də tamamlanır. Reklamverənlər isə istifadəçilərə BadgerHunt vasitəsilə istifadəçinin təsir sahəsinə görə, 5 dollar ilə 50 dollar aralığında dəyişən rəqəmlər qarşılığında Bitcoin növündən ödəmə edir.