Marka adını istehlakçıya çatdırmaq üçün bəzən milyonlarla manat xərcləməyə ehtiyac olmur. Sadə bir toxunuş və minimum xərclə bu vəziyyəti reallaşdırmaq mümkündür. Lazım olan isə bir az yaradıcı düşünə bilməkdir.



Bu xəbərdə milyonlarla manat xərcləyənləri deyil yaradıcı düşünənləri açıqlayacağıq. Sadə stickerlar sayəsində nələr etmək mümkün olduğunu Sizlərə təqdim edirik.



Wilkinson - Wilkinson Quattro, yumurtaların üzərinə şəffaf üzləri yapışdıraraq istehlakçılara iti bir üzqırxan markası olduğunu göstərdi.




Lays - Metroda gedərkən tavanda kartof toxumları görünür. Dərhal yan tərəfdə də "bizim kartoflarımız, sandığınızdan daha yaxın yerdə böyüyür" deyən bir reklam afişasını oxumaq mümkündür. Təbiiliyi vurğulayan bu mükəmməl iş "Lays"ə aiddir.




Cillit Bang - Bildiyimiz kimi pullar əldən ələ keçdiyi üçün çox çirkli olur. Cillit Bang bu vəziyyətin fərqinə varmış və pulu bir sticker sayəsində ikiyə bölüb, öz məhsul ilə təmizlənmiş hissə və təmizlənməmiş hissə arasındakı fərqi göstərmişdir.




TV 2 - TV2 yayımlanacaq "Batman" üçün küçədəki işıqların üzərinə stickerlar yapışdıraraq diqqət çəkməyi bacardı. Stickerlar, işıqlar yandığı zaman havada Batman loqosu meydana gətirəcək şəkildə qurulub.




Tyskie - Bir pub girişinə qoyulan ən yaradıcı sticker, Polşa pivə markası olan Tyskie tərəfindən qoyulmuşdur.




Vodafone - "Vodafone"un təmin etdiyi internetin zəifləmədiyini göstərməyə çalışan şirkət, bunun üçün avtobusların şüşələrinə video player stickeri yerləşdirmişdir.




Gillette - Reklam posterlərində olan üzlərin üzərinə "Gələcək səfər başqa üzqırxan istifadə edin" deyən stickerlər yapıştıran Gillette, yaradıcılığı bir addım daha irəli daşıdı.