"McDonalds" Avstraliyada, yeni menyusu "Öz ləzzətini Yarat" üçün hazırladığı sensor ekranlar vasitəsilə, müştərilərinin öz "gurme Burger"lərini yaratmaqlarına icazə verir.
Sidneydə yer alan sensor ekranlar 19 fərqli məmulatdan ibarət geniş bir menyu ilə müştərilərin özlərinə xüsusi burger yaratmalarına imkan tanıyır.
Hazırlanan Burgerlər taxta nimçədə, kartoflar isə xüsusi metal səbətlərdə təqdim edilir. Hazırlanan məhsulun tərkibinə görə qiymətlər dəyişir. Ödəniş, sensor ekranların önünə yerləşdirilən pos cihazı ilə edilir.