"Coca-Cola” şirkəti planlaşdırdığı pulsuz “Wi-Fi” kampaniyası ilə avtomatlar vasitəsilə pulsuz internet əlaqəsi təqdim etməyə hazırlaşır. Wi-Fi əlaqəsi təmin edəcək avtomatlar Coca-Cola və British Telecom tərəfindən Cənubi Afrikada test edilir.



Bu strategiya ilə Coca-Cola yoluna müvəffəqiyyətli bir şəkildə davam etdiyini göstərir. Bu kampaniya ilə sayı gedərək artan ağıllı telefon istifadəçiləri ilə arasındakı əlaqəni daha möhkəm tutmağı hədəfləyir.



Bu avtomatların xüsusilə şagirdlərin olduğu bölgələrə yerləşdirilməsi planlaşdırılır. Kampaniyanın reallaşması üçün davam etdirilən işlərdə British Telecom dizayn, əlaqə və internet dəstəyi verir. Wi-Fi əlaqəsi istifadə etmək üçün hər hansı bir satın alma əməliyyatı lazım deyil. Hər iki şirkət kampaniyanı mümkün olduğunca genişləndirməyi və ilk öncə Cənubi Afrikanın fərqli yerlərinə avtomatın yerləşdirilməsini planlaşdırır.



Adobe hesabatına görə ağıllı telefon istifadəçilərinin 50 %-i, tablet istifadəçilərinin isə 93 %-i mobil şəbəkələr yerinə Wi-Fi əlaqəsini seçir. Kafe və mağazalarda tez-tez qarşılaşdığımız pulsuz Wi-Fi kampaniyası nümunələrinə fərqli bir alternativ gətirəcək kampaniyanın nə zaman və haradan yayılacağı ilə əlaqədar dəqiq bir məlumat isə hələ açıqlanmayıb.