Mercedes-Benz, yeni reklam çarxı təqdim etdi. Təqdim olunan reklam filmi, avtomobildə yer alan kamera sayəsində uşaqların artıq istədikləri yerdə etibarlı və rahat bir şəkildə oynaya biləcəklərini vurğulayır. Jung von Matt / Alster imzası daşıyan filmdə, uşaqların təsir edici xəyalgücü və bunu gerçəyə çevirdikləri oyun sahələrinə yer verilir.



Sözügedən reklam çarxında təhlükəsizlik səbəbiylə küçədə rahat oynaya bilməyən uşaqların Mercedes-Benz avtomobilindəki kamera sistemi sayəsində güvən içərisində oynaya biləcəyi mesajı verilir. Reklam filmi "Uşaqlar istədikləri yerdə oynaya bilər. Artıq onların harada oynadığını görə bilərsən" yazısı ilə sona çatır.