Microsoft şirkətinin video oyun konsolu olan “Xbox One” İngiltərədə Manchester küçələrində yeni oynu “Forza Horizon 2” üçün reklam kampaniyası təşkil etdi. Dentsu Aegis Network tərəfindən hazırlanan layihə Oktyabr ayının 8-dən 10-dək keçirildi.
“Piccadilly” metro stansiyasının yaxınlığında arzu edən hər kəsin yeni yarış oyununu oynaya biləcəyi bir neçə instalyasiya quraşdırıldı. Oyunun nəticələri isə geniş ekranda real zamanda əks olunurdu. Hər yarım saatda bir iştirakçıların arasında xal fərqinə görə içərisində yeni oyun olan disk oynanılırdı.
