Fransanın modalar evi olan Chanel əfsanəvi "Chanel №5" ətrinə həsr olunmuş yeni reklam filminin təqdimatı üçün nahar təşkil etdi. Baş qəhrəmanı Gisele Bundchen olan yeni reklam filmi məşhur rejissor Baz Luhrmann tərəfindən çəkilmişdir.
Təşkil olunmuş görüşdə “Chanel” modalar evinin rəhbəri Karl Lagerfeld, Gisele Bundchen, Baz Luhrmann və onun həyat yoldaşı Catherine Martin, model lər Toni Garrn, Karlie Kloss və başqaları iştirak etmişdir.



