Təcili əyləc sisteminin fəaliyyətini istifadəçilərə təcrübə ilə sübut etmək istəyən Volkswagen, ötən ay Norveçdə olduqca maraqlı bir kampaniya həyata keçirdi. Şirkət reklam kampaniyasını ölkənin ən böyük əyləncə parkı olan "Tusenfryd"da reallaşdırdı.



"Tusenfryd"daki toqquşan avtomobilləri öz avtomobillərində istifadə etdiyi təcili əyləc sistemi ilə yeniləyən şirkət, daha sonra istifadəçilərin reaksiyalarını qeyd edib. Hər dəfə toqquşmaya hazırlaşan zaman ultrasonik qəbuledicilər tərəfindən dayandırılmış istifadəçilərin xəyal qırıqlığı isə nəticədə ortaya çıxan videoya belə əks olundu: