Audi, yeni "A7 Sportsback"ı tanıtmaq üçün İngiltərədə reklam çarxı təqdim etdi. Şirkət "A7 Sportsback"ı incə bir yumor anlayışı ilə tamaşaçılara nümayiş etdirir. Reklam çarxı "BBH London" imzası daşıyır. Sözügedən reklam filmi bir gramofonun ən az özü qədər köhnə bir valı oynatmağa hazırlanması ilə başlayır.
Valdan yüksələn səs nüfuzlu bir mövqe sərgiləyən və tərz yaratmağa çalışan stereotipləri bir-birinin ardınca sıralayarkən sakitcə yaxınlaşan Audi A7, səsin bütün sahəni dolduran hakimiyyətinə nəzakətli bir hərəkətlə son verir.