“Estee Lauder Companies” sinə xərçənginə qarşı mübarizədə maarifləndirici proqramları dəstəkləməyə davam edir. 20 ildən artıqdır ki, Oktyabr ayı bütün dünyada sinə xərçəngi xəstəliyinə qarşı mübarizə ayı hesab olunur.



Şirkət bu xəstəlikdən əziyyət çəkən insanların real həyat hekayəsindən bəhs edən internet saytı təqdim etdi. “Hear our stories. Share yours” (Bizim hekayələrə qulaq asaraq öz hekayəni paylaş) şüarı insanları bu kampaniyada iştirak etməyə çağırır.



Bundan əlavə öz xəstə yaxınlarına böyük dəstək göstərən xəstələrin yaxınları xüsusi olaraq vurğulanır. İnternet saytında bu mövzuya aid xüsusi hazırlanmış video çarxlar yerləşdirilib. Hekayələri BCAcampaign.com saytında və ya #BCAStrength həştəqi altında paylaşmaq olar. Sayt sinə xərçəngi araşdırmaları fondunu (BCRF) dəstəkləməyi təmin edərək bütün il boyu fəaliyyət göstərəcək.