Yapon brendi “Citizen” “Wieden + Kennedy Amsterdam” təşkilatı ilə birlikdə “Eco-Drive Satellite Wave F100” saatlarına həsr olunmuş yeni reklam çarxı təqdim etdi. yeni reklam çarxı “Ən yaxşı indi başlayır” layihəsinin davamıdır.



Layihənin reklam mətni isə məşhur Rusiyalı Yevgeni Primachenkoya aiddir. Layihənin müəllifləri bir saat qurşağından digərinə keçən zaman müşahidə olunan mifik "əbədi" gün batımı tapmağa çalışdılar.



Bunun üçün onlara saat, fotoqraf və təyyarə lazım idi. Wieden + Kennedy, Amsterdam və Tokioda olan ofis işçilərini bu layihəyə cəlb edərək pilot Jonathan Nichol, fotoqraf Simon Robertsi tapdılar və Reykjavikin şimal qütbünə yola düşdülər. Fotoqraf bu səyahət zamanı təyyarədən sonsuz gün batımını çəkməyi və böyük qürurla avtomotik olaraq üç saniyə ərzində yeni zaman qurşağına keçən “F100” saatını qiymətləndirməyi bacardı.