Toyota Japan yeni model “Hybrid Harrier” avtomobilinin reklam kampaniyasını başlatdı. “Message from H.H.” adlı 2 dəqiqəlik reklam çarxında əsasən sevgi obrazı canlandırılıb.
Rejissor bu reklam çarxında iki paralel nüansdan istifadə edib: qadın və maşın. Süjet xətti təsadüfi seçilməmişdir. Şirkət bununla yeni avtomobilin iki tərəfli olduğunu vurğulamaq istəyir.
Bir tərəfdən ekologiya nəzərə alınır digər tərəfdən isə avtomobilin tam ötürücülüyü. Reklam çarxı “Tugboat Tokyo” agentliyi ilə əməkdaşlıq nəticəsində meydana gəlmişdir. Sözügedən reklam çarxını rejissor Kosai Sekine çəkmişdir. Bu layihə Hybrid Harrier layihəsinin davamı olaraq çəkilmişdir.