Yello Advertising “Grona Şirkətlər Qrupu” üçün yeni toyuq məhsulları brendi yaratdı. “Çikki” adı verilmiş bu məhsulun adı, sloqanı və bütün dizayn işləri “Yello” komandasının gərgin əməyinin nəticəsidir.
Bu brendin yaradılması zamanı agentliyin öz qarşısına qoyduğu kommunikasiya tapşırığı belə idi: fərqli ada, fərqli mesaja və fərqli görünüşə malik elə bir brend yaratmaq lazımdır ki, insanları cəlb etsin, yadda qalsın. “Grona Şirkətlər Qrupu”nun verdiyi məlumata görə missiya tamamilə yerinə yetirilib.
















