"Coca-Cola" Latın Amerikasında televiziya layihəsi başlatdı. Bu layihə ətraf mühitin mühafizəsinə həsr olunub. “Pact with the planet” adlı 25 dəqiqəlik layihə 4 epizoddan ibarət olacaq.
Latın Amerikasında “planeti sağlamlaşdıracaq” 16 düşərgənin sakinləri haqqında danışacaq. Televiziya verlişi Sentyabr ayının 30-dan etibarən 20 ölkədə National Geographic kanalında yayımlanacaq.
Verlişi meksikalı məşhur müğənni və aktyor Diego Boneta aparacaq. Coca-Cola plastik qabların təkrar emalı və və kənd təsərrüfatında suyun münasib istifadəsi kimi mövzuları işıqlandıracaq. Bu “The Coca-Cola Company Latin America”sının “National Georgaphic” ilə ekologiya mövzusunda üçüncü əməkdaşlığıdır.
