Bu gün bir sıra mükafat alan dünya şöhrətli şotland viskisi olan “Grants” #IOU adlı yeni qlobal kampaniyaya başlayır. Brend öz ənənəvi kommunikasiyalarından əl çəkərək, yeni nəsillə yeni həyat tərzinə üz tutur.
Ənənəvi televiziya reklamlarından fərqli olaraq, #IOU qısametrajlı film yalnız onlayn təqdim olunacaq. Bu, “Grants”ın “Həmişə Birlikdə” konsepsiyası çərçivəsində istehlakçılara ünvanlanan birinci fəaliyyəti olacaq.
Onun məqsədi insanları həyatda nailiyyətlər əldə etmək üçün kömək edənlərə minnətdar olmağa ruhlandırmaqdır. Bu cür yanaşma artıq “Grants” brendinə sosial şəbəkələrdə cəlb etməni çoxaldıb, belə ki, bu ilin yanvarın 1-dən başlayaraq “Facebook” səhifəsində “Grants” qrupuna qoşulanların sayi 350%-dən çox artıb. “FCB Inferno” London agentliyinin “StinkLondon” ilə birgə yaratdığı və “Bafta” mükafatının nominantı olan rejissor Yan Demanj tərəfindən çəkilən qısametrajlı film fərdi uğur anlayışı problemlərini və reallığı əks etdirir – bizdən heç kim fərdi şəkildə heç nəyə nail ola bilməzdi.
#IOU çarxı (https://www.youtube.com/watch?v=Kh1-4yc0OiE&feature=youtu.be) həyatda bir- birinə dəstək olan güclü və müvəffəqiyyətli bir qrup dostu göstərir. Film düşünməyə əsas verən bir sualla bitir: “Əgər siz həyatda heç kimə və heç nəyə minnətdar olmadan çox şeyə nail olmusunuzsa, doğrudanmısiz çox şeyə nail olmusunuz?”. “Breaking Bad” və “TheSopranos” hit teleseriallarında musiqisi səslənən musiqiçi Uayti “Mad Planet” kampaniyası ilə birlikdə filmin saundtrekini yazıb.
Yeni brendin hazırlanmasına cavabdehlik daşıyan komandanın baş brend direktoru Şeyn Hoynşərh edib: “Dünyanın ən sevilən və ənənələrinə sadiq qalan, geniş insan kütləsinin rəylərinə əsaslanaraq, məşhur şotland viskisinin nailiyyətlərindən danışmaq istərdik. Böyük insan kütləsi bizə ilham verərək dəstəkləyib, istiqamətləndirib, biz nəticələrlə bölüşərək, onlarla fəxr edirik”.
“Bu il “Grants”ı tətbiq etmək üçün komandanın qarşısına yüksək məqsədlər qoyduq – bu, “StandTogether” brendin yeni konsepsiyasının mövqeyini, “Grants” çeşidinin əmtəə diversifikasiyası və markanın yeni bazarlara çıxması idi. Yenilikləri və əlavə çeşidi 2015-ci ildə də davam etdirəcəyik”. #IOU Afrika, Asiya, Avropa, Şimali və Latın Amerikasının 40-dan çox ölkəsində 25 sentyabr tarixində həyata nümayiş keçirilib. Qısametrajlı filmi 2015-ci ilədək sosial şəbəkələrdə və onlayn mediada bir sıra tədbirlər müşayiət edəcək.
“William Grant & Sons” haqqında:
“William Grant & Sons Ltd” — şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur:“Glenfiddich”, “TheBalvenie”, “Tullamore D.E.W.”, “Grant's”. Azərbaycanda brendin rəsmi distributoru “QafqazIndustry” şirkətidir. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.
Layihənin rəhbəri – Rüfət Zeynalovdur RZE@redcom.az