Ford Mustang brendin logosunu yeniləmək üçün pop üslubunda çalışan rəssam Burton Morrisi dəvət etdi. Şirkət bu addımı “Mustang”ın bütün dünyada məşhur olduğunu göstərmək üçün atdı. Bu layihə brendin 50 illik yubileyini qeyd edən #mustangunites beynəlxalq kampaniyasının bir hissəsidir.
Rəssam Morris atların təsvir olunduğu 10 logo hazırladı. Atların üzərində isə ABŞ, Avstraliya, Braziliya, Kanada, Fransa, Almaniya, İtaliya, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri və İngiltərə bayraqları təsvir olunub.


