adam&eve/DDB agentliyi Volkswagen üçün “Priorities” adlı reklam çarxı təqdim etdi. Reklam çarxı İngiltərə bazarında yeni model “Tiguan” avtomobilini reklam edir. Sözügedən reklam çarxının qəhrəmanı özünü az yaşlı qızı və oğluna həsr edən qayğıkeş atadır.



O, qolf oynamaq əvəzinə qızı ilə birlikdə cizgi filminə baxır, qızını baletə aparır və oğlu üçün futbol oyununda qol anını qaçırır. Lakin ata öz avtomobili “Tiguan”ın sükanı arxasına keçən zaman hər şey dəyişir.



Uşaq musiqiləri ilə dolu disklər və uşaq oyuncaqları qutuya yollanır. Atanın dodqlarında zəfər təbəssümü oyanır. Ekranda isə “No compromise needed” yazısı görünür. Reklam çarxının rejissoru James Rousedur. O, bu il Cannes festivalında qran-pri qazanan, adam&eve/DDB təşkilatı ilə birlikdə Harvey Nichols üçün çəkilmiş olan “Sorry, I spent it on myself” reklam çarxının müəllifidir.