Subaru “Memory Lane” adlı sevimli reklam çarxı təqdim etdi. Reklam çarxı şirkətin “Outback 2015” yenilənmiş avtomobil modelinə həsr olunub. Sözügedən reklam çarxı “köhnə və ən yaxşı”mövzusu əsasında çəkilib.
Reklam çarxında ata, ana, balaca qız və nənə “Outback” avtomobilində bir zamanlar nənənin baba ilə tanış olduğu ağacın axtarışına gedirlər. Reklam çarxının arxa fonunda isə “bəzi şeyləri saxlamaq lazımdır” sözləri deyilir.
Ekranda isə “97% Subaru Outback, son 10 ildə satılan” statistikası göstərilir. Reklam çarxının sonunda isə “Sevgi “Subaru” avtomobilinin yaratdığıdır” sözləri deyilir.