“MasterCard” Kanadada yaşayan müştərilərindən “Priceless” layihəsi çərçivəsində “Onların Justin Timberleyk ilə əvəzsiz anlarını yəni, ulduz ilə necə zaman keçirtmək istədiklərini?” soruşdu.
Müsabiqəni gənc bir qız qazandı. O, məşhur ulduz ilə birlikdə qolf oynamaq və pivə içmək istədiyini bildirdi. Şirkət gənc qıza sürpriz hazırlayaraq onun qalib olduğunu gizlətdi.
Timberleyk gözlənilməz bir anda gənc qız və onun rəfiqəsinin qarşısına çıxdı. MacLaren McCann Toronto tərəfindən çəkilən reklam çarxında daha sonra nələrin olduğu göstərilib. Həmin reklam çarxını Sizlərə təqdim edirik.