FIAT ilk dəfə olaraq Böyük Britaniyada Londonun gündəlik dərc olunan qəzeti “Metro”da qeyri-ənənəvi çap reklamı təqdim etdi. 18-21 Sentyabrda “London Dizayn Festivalı” ərəfəsində qəzetdə “Eau de New Car Pour Femme” şüarı altında avtomobillərin çap reklamı təqdim olundu.
Bu çap reklamının fərqi ondan ibarət oldu ki, o ətirli idi. Fotoşəkil nanəli ətir saçan mürəkkəbin köməyi ilə hazırlanmışdır. Reklamda yeni model “Smooth Mint FIAT 500 Cult” avtomobili reklam olunur. Layihə “Krow” şirkətinin “Metro” qəzetinin daxili reklam agentliyinin əməkdaşlığı nəticəsində həyata keçmişdir.
