Bu gün bilən də bilməyən də bu haqda yazır. Yaza bilməsə də, bilsə də bunu yayır. Lap şerə bənzədi amma şer yazmıram. Yenə strategiyadan yazacam. Lakin sosial mediadakı strategiyadan. Lakin terminlərdən uzaq. Sadə. Anlanması asan. Bəlkə də, primitivlikdə günahlandırılaram. Amma belə rahatdır. Ona görə ki, hamını nəzərə almalıyam. İlk öncə qeyd edək ki, burada heç bir fəlsəfəyə ehtiyac yoxdur. Heç bir qeyri-adilik lazım deyil. Qısası hoqqa çıxartmağa gərək yoxdur. Müəyyən qaydalar var burda. Qanun yoxdur.
Belə bir deyim var: siz marketoloqla strategiya sözünü işlətmədən iki dəqiqədən çox dasnışa bilməzsiniz. Eləcə də, sosial mediada marketinq, brendinq strategiyasız mümkün olmur. Bir neçə addım var sosial mediadakı strategiya üçün. Əgər sona qədər oxusan, sonda soruşacaqsan: Bu addımları yazanda nəyi nəzərə aldın? Odur ki, indidən yazım. Bu sahədə hesabatlar. Oxuduqlarım. Mütəxəssis rəyləri. Öyrəndiklərim. Şəxsi təcrübəm. Və sair.
İndi qayıdaq strategiya məsələsinə. Həmin addımlara.



#1: Məqsədlərinizi müəyyən edin:



Sosial media da məqsədlərinizi müəyyən edin. İstər marketinq, PR istər komunikasiyalarla bağlı. İstənilən halda social media birgə yanaşmanı tələb edir. Bu o deməkdir ki, sizin sosial mediadakı məqsədlər birləşərək biznesin ümumi məqsədinə uyğun olsun. Bu məqsədləri Spesefik, Ölçüləbilən, Əlçatan, Realistik və Müasir edin. Keep it Specific, Measurable, Attainable, Realistic/Relevant, and Timely (aka be SMART!).



#2: Araşdır, araşdır, araşdır



Sosial media dəryasına baş vurmazdan əvvəl sizi nəyin gözləyəcəyini bilmək daha vacibdir. Sosial media strategiyasının effektivliyi üçün ikinci vacib addım araşdırmadır. Bundan ötrü iki şey eləmək lazımdır.



• Sosial şəbəkələrin saytlarının siyahısını tərtib etmək. Yəgin ki, Facebook-dan başlayarsız, daha sonra Twitter, Linkedin, Google+ və sairlər gəlir. Bu ondan ötrüdür ki, sizə maraqlı olan şəxslərlə əlaqə saxlayasız. Bu siyahıya bir sıra blogları, saytları və forumları da əlavə etmək olar.
• Siyahıdakı hər bir elementin ciddi analiz edin. Rəqibləriniz barədə, sizin məhsul və ya xidmət barədə hər şeyi nəzərdən keçirin. Hədəflənmiş bazarınıza aid hər fikri incələyin.



#3: Rəqəmsal kontakt və məzmunların tərtibi:



Yuxarda qeyd olunanlar düzgün edildikdən sonra çox sadə bir münasibətlər sistemi yaranmağa başlayır. Əvvəlcə söhbəti təqib edərək münasibəti yaradın. Bunu siz sahənizlə əlaqəli forumlara yazılmalısız. Həmçinin sizin sahə üzrə tanınmış simaların bloqlarına yazılmaq vacibdir. Bir də, xırda bir məsləhət. Emili Prokter adlı birisi var. Onun məqaləsini oxuyun.



#4: Münasibətləri inkişaf etdirmək üçün söhbətə qoşulun:



Bu mərhələ bütün araşdırmaların istifadəsini nəzərdə tutur. Yuxarıda qeyd etdiyimiz kimi sizə maraqlı insanların qeydlərinə, yazılarına, fikirlərinə öz şərhlərinizi verin. Lakin bu şərhlər sizə maraqlı olan insanları maraqlandıra bilməlidir.



# 5: Münasibətləri möhkəmləndirin:



Bu sadəcə avatarınız arxasında gizlənməklə tetatet söhbətdəkindən də, güclü söhbət etməkdir.



# 6: Nəticələrin hesablanması:



Artıq məqsədləri və vəzifələri müəyyən etdikdən sonra, fəaliyyət göstərdikdən sonra bir mərhələ qalır. Nəticələrin hesablanması. Bundan ötrü konkret saytlar var ki, əsas üçünü qeyd edirəm:
www.allfacebookstats.com
www.socialbakers.com
www.alexa.com



Sonda sadə bir məntiq. Hər bir sosial media strategiyası yalnız düzgün olduqda uğurlu olur.