Starbucks ABŞ-da internet əleyhinə layihə təqdim etdi. Kofe evi qonaqların qəhvə içən zaman istifadə etdikləri pulsuz wi-fi ilə məşhurdur. Hər bir Starbucks şəbəkəsi mobil cihazı və ya notebooku ilə məşğul olan, biri ilə ünsiyyət qurmayan insanlarla dolu olur.
Məhz bunu nəzərə alan şirkət reallıqda ünsiyyət qurmağın daha yaxşı olduğunu xatırladan üç reklam çarxı təqdim etdi. BBDO tərəfindən hazırlanan və “Apology” (üzr istəmək), “Date” (görüş), “Kick” (zərbə) adları verilən reklam çarxları insanların necə bir-biri ilə yazışmalarını əks etdirir.