“Canon” şirkəti və “JWT London” agentliyi “Come and See” adlı irimiqyaslı reklam layihəsi təqdim etdi. Reklam layihəsi çərçivəsində reklam çarxı təqdim olundu. Sözügedən reklam çarxında gənc insanların komanda şəklində oyun oynadığı əks etdirilir. Onların oyunu qladiatorların döyüşünə bənzəyir.
“Florentine calcio” adlanan bu idman növü müasir futbol və reqbi oyunlarının əcdadı hesab olunur. 27 oyunçudan ibarət oloan iki komanda qum sahəsində mübarizə aparır. Reklam çarxı “Canon” kamerası ilə çəkilmişdir.