"3Dost" reklam agentliyi "Azer Süd"ün yeni brendi olan "Super Milky" uşaq süd məhsulları üçün "Gücünüzə güc qatın" adlı kreativ reklam çarxını hazırlayıb. "Azer Süd" istehsalçısı uşaqlar üçün Super Milky adı altında yeni bir brend bazara çıxardıb.
Çiyələk, Kakao, Banan və Sadə növləri ilə Super Milky südləri qısa zaman ərzində mağazaların rəflərində öz yerini tutacaq. Super Milky südləri həm qız, həm oğlan uşaqları üçün nəzərdə tutulmuşdur.
Uşaqların meyvəli südü əylənərək içmələrini animasiya reklam çarxında aydın şəkildə görmək mümkündür. Uşaqlar Super Milky südlərini içdikləri zaman enerjiyə, güclü və sağlam sümüklərə sahib olmalarını və eyni zamanda süd uşaqların zehinlərini açaraq, gələcək müvəffəqiyyətlərinin də açarı olacağını reklam çarxı əyləncəli şəkildə izah etmişdir. Animasiya reklam çarxı “3Dost” reklam agentliyi tərəfindən hazırlanmışdır.