İtaliyanın məşhur brendi Gucci özünün “Jackie Bags” yeni çantasının təqdimatı üçün reklam çarxı təqdim etdi. "Rem/Ruini Studio" tərəfindən hazırlanan reklam çarxında Burberry brendi ilə əməkdaşlıq edən model Kate Moss iştirak edib.
Sözügedən reklam çarxında model onu izləyən paparazzilərdən “Jackie Bags” çantası vasitəsilə gizlənir. Reklam çarxı Romada çəkmişdir. Çanta 2990 ABŞ dolları dəyərindədir.