Google artıq “Louis Vuitton”un məhsul reklamlarını izləyəcək. Lüks istehsalçısı belə bir addımın saxta məhsulların qarşısını almaq üçün zəruri olacağını hesab edir.



“Louis Vuitton” şirkəti “AdSense”də yerləşdirilən fotoşəkillərin orijinal “Louis Vuitton” məhsulları olmadığına görə dəfələrlə axtarış sistemi “Google”u məhkəməyə verib.



Şirkətlər arasında sazişin imzalanması on ildir ki, davam edən məhkəmə son qoyacaq. Lakin indiyə qədər saxta məhsullarla mübarizə strategiyası uğurlu olmayıb. Aydındır ki, şirkətlər məşhur brendlərin dəyərini qoruyaraq online müştərilərin diqqətini cəlb etmək üçün yeni yollar axtaracaq.