"McDonalds" İsveçdə yay fəslində televiziya izləyicilərini reklam fasilələri zamanı məşğul etməyin yolunu tapdı. Şirkət mobil telefon ilə kombinə edilmiş interaktiv oyun təqdim etdi.
McDonalds və DDB Stockholm meyvələrin yığımından ibarət oyun təşkil etdi. Reklam fasiləsinin birinci hissəsində ekranda görünən video çarx tamaşaçılara bildirilir ki, onlar mobil tətbiq olan “Fruit Match” oyununu yükləyərək kokteyl qazana bilər.
Reklam fasiləsinin sonunda isə “McDonalds”ın cavab ilə birlikdə yeni reklam çarxı yayımlanır. Əgər izləyici düzgün meyvəni tapıbsa o zaman o, fast food şəbəkəsindən kokteyl qazanır.