Dior modalar evinin rəhbərliyi Şarliz Teronun iştirakı ilə “Jadore” ətrinin yeni reklam çarxını təqdim etdi. Ətirin təqdimatçısı artıq adəti üzrə tamaşaçıların qarşısına dəbdəbəli qızlı geyimdə və böyük zinət əşyası ilə çıxır.
O, xatirələrin qeyri-adi gücündən və keçmiş ilə yaşamağın mümkünsüzlüyündən danışır. Aktrisa reklam çarxında “Keçmiş gözəl ola bilər. Ancaq həyatda onlara yer yoxdur. Yeganə çıxış yolu - yuxarı çıxmaqdır. Bu cənnət deyil. Bu yeni həyatdır.” bildirir. Bu reklam çarxının müəllifi rejissor Jean-Baptiste Mondinodur.