Məşhur brend Burberry “My Burberry” adlı yeni ətirini təqdim etdi. Brend yeni ətrini tanıtmaq üçün iki məşhur xanım Kara Delevin və Kate Mossu dəvət etdi. Reklam layihəsi ağ-qara rənglərdə və brendin ənənəvi rəmzləri ilə təqdim olundu.
Layihənin çəkilişini fashion-fotoqraf Mario Testino apardı. Reklam çarxının süjeti yeni ətrin necə yaranmasını əks etdirir. Ətrin yaradıcısı Francis Kurkdzhan yağışdan sonrakı ingilis bağının qoxusundan ilham alaraq bu ətri yaratmışdır.