"Nissan" və Avstriya agentliyi “TBWA”, “Pathfinder” və “Juke” avtomobillərinin təqdimatı üçün iki reklam çarxı təqdim etdi. “Underdog” adlı reklam çarxı hər kəs tərəfindən incidilən oğlanın hekayəsindən bəhs edir.




O, özünü yalnız “Pathfinder” salonunda xöşbəxt hiss edir. Reklam çarxının şüarı isə belədir: “Built for the whole family, including the underdog” (ailənin bütün üzvləri üçün, hətta uğursuzlar üçün hazırlanmışıdr).



İkinci reklam çarxında isə kiçik ölçüləri və böyük imkanları olan “Juke”, Makedoniyalı İskəndər, Napoleon və Çingiz xan kimi uca boyları ilə seçilən keçmişin böyük liderləri ilə müqayisə olunur.