“Lexus”un yeni reklam çarxı dizayn və texnologiya yeniliklərini özündə birləşdirdi. Avtomobil brendi reklamı yüksək texnologiya və təxəyyül qovşağında təqdim etdi. Reklam çarxı üçün xüsusi geyimlər üzrə Hollivud rəssamı Wine Berman LED lampalar ilə bənzərsiz işıq saçan geyimlər hazırladı.
Hər bir geyim yeddi qatdan ibarətdir. Adam Wright tərəfindən hazırlanan kompüter sistemi onları xüsusi ardıcıllıqla işıq saçmağa məcbur edir. Dizaynerlərin sözlərinə görə onlar reklam çarxının hazırlıqları zaman avtomobilin xarici görünüşündən və elementlərindən ilhamlanıblar.