Sky Rainforest Rescue Instagramda tropik meşələrin qorunmasına həsr olunmuş layihəni həyata keçirmək məqsəsi ilə aktrisa və model Lily Colem və SapientNitro təşkilatı ilə bir araya gəldi. 


 


Sky Rainforest Rescue  Braziliyada yaşıl sahələrin qorunması üçün mübarizə aparan Sky və WWF təşkilatları ilə əməkdaşlıq edir.  


 


Lily Colem təşkilata Fransanın Vejaayaqqabı brendi ilə danışıqlarda köməklik etdi. Təşkilat onların Amazonda  istehsal olunmuş rezindən olan yeni idman ayaqqabılarını reklam etmək üçün danışıqlar apardı. Bu layihə Instagramda # TapForTrainers hashtagı altında keçirilir. Sky Rainforest Rescue həmçinin İngiltərənin Jean Jullien, AJ Odudu və Boy from Dagbon kimi aparıcı bloqqerləri ilə də bir araya gəldi.