MEB uğur düsturları adlandırdığım qısaltmalardan biridir. MEB nə deməkdir? M: Maksimum E: Elastiklik B: Bacarığı deməkdir. Siz əgər böyük uğurlar qazanmış insanlardan soruşsanız ki, sizing uğurlu olmağınızda ən çox hansı xüsusiyyətiniz sizə köməklik edibdir.



Onların hər biri mütləq sadalayacaqları xüsusiyyətlər arasında MEB-I də əlavə edəcəklər. Onlar bunu əlbətdəki, MEB kimi adlandırmır, nədəki MEB mənim ixtiram deyil.



Mən sadəcə bunu daha yaxşı yadda qalması, və maraqlı olması baxımından bu formada işlədirəm. Onlar mütləq sizə deyəcəklər ki, əsas səbəblərdən biri o oldu ki, mən fərqi yoxdur neçə dəfələrnən məğlub oldum, uğursuzluğa uğradım amma əsla və əsla vazkeçmədim. Dönmədim çıxdığım yoldan. Hər dəfə uğursuz olduqda cəhdlərimi sonlandırmağı və başqa hədəflər arxasınca getməyi yox, məni hədəfimə aparacaq başqa metodlar, vasitələr tapmağı yoxladım.



Həyatda uğursuzluq yaşamayan, məğlubiyyəti dadmayan insane yoxdur. Həm ciddi nəaliyyətlərə imza atmış insanlar, həm orta səviyyədə uğurlu olanlar, həm də uğursuz insanlar hər kəs dəfələrnən uğursuzluq yaşayırlar. Uğurlu insanları da uğursuzlardan ayıran əsas fərqlərdən biri də məhz bu uğursuzluqlar ard-arda gəldikdə onların bunu özlərində necə şərh etdikləri və buna necə reaksiya verdikləri təyin edib.



Bir qrup insanlar uğursuz olduğu an da bacarıqsız, istedad baxımından digərlərindən zəif olduğunu və gəlcəkdədə, heç nəyin dəyişməyəcəyini və uğursuzluğun, arzulamadığı bir həyat yaşamanın alın yazısı olduğunu qəbul edir. Bundan sonar isə həyatını tamamilə kənar təsirlərin kontrolunda yaşayır. Özünə aid olmayan bir həyatı yaşayır, buna mənim həyatım deyərək həm də. Başqa bir qrup insanlar da, varki bunlar üçün uğursuzluq həyatın hava su kimi lazımlı ingridentidir.



Arzuladıqları zirvələrə gedərkən üzərlərinə basıb yüksəlməli olduqları yol üzərindəki maneələ kimi baxırlar. Bu insanlar MEB-I öz həyatlarına tədbiq edən insanlardır. MEB-I özündə formalaşdırmayan insanlar ciddi uğurlara da imza ata bilməzlər. Çünki vazkeçmək uğursuz insanların xüsusiyyətləridir, qaliblər vazkeçməyənlərdir daim. Kənardan insanların şanslıdır, bəxti yaxşı gətirir, day-dayıvar və s. kimi əsassız səbəblərə bağlayırlar onların nəaliyyətlərini amma əksəriyyətin görmədiyi acı təcrübələr, ağır çətinliklər, ümidləri öldürən uğursuz nəticələr dayanır adətən onların göz qamaşdırıcı qalibiyyətlərinin arxasında.



Əgər zehnin ekranlarında seyretdiyin xəyallarını reallaşdırmaq isdəyirsənsə MEB-I özündə formalaşdırmalısan. Çıxacağın yolda çətinliklər, uğursuzluqlar, problemlər olacaqsa,sənin də MEB-in olacaq. Bir çox dəfə böyük inamla belə olsa atdığın addım uğursuzluqnan nəticələnəcək və bu dəfələrlə təkrar olunacaq amma səndə MEB olduqdan sonar bunlar səni yolundan döndərməyəcək əksinə daha da gücləndirəcək, hər məğlubiyyətdən bir çox dərslər öyrənəcəksən.



Etdiyin cəhd alınmadıqda durub düşünəcəksən, yeni yolla raxtaracaqsan, gah yeriyəcəksən, bəzən qaçacaqsan, bəzən daha ağır əmək sərf edəcəksən, bəzən səsadəcə dayanıb dua edəcəksən və bir müddət gözləyəcəksən amma əsla vazkeçməyəcəksən. Su axan bir yerdə suyun qarşısına nəisə bir əşya at və izlə. Su ilk öncə toplanacaq bir yerdə və daha sonar isə o əşyanın ya sağından, ya solundan, ya da ondan daha çox olu büstündən axmağa davam edəcək. Uğursuzluq sənə “alınmır vazkeç” demir, bacararsan amma başqa cür və yenidən cəhd et deyir.