Hər bir insan yaşadığı müddət boyunca bir dəfə belə olsa auditoriya qarşısında çıxış etmişdir. İstər kiçik auditoriya, istər dost məclisi, istərsə də böyük bir kütlə qarşısında olsun.
Bəzi insanlar isə bir ömür boyu işləri ilə əlaqədar olaraq auditoriya qarşısında çıxış etməli olurlar. Siyasətçilər də bu qrupdan insanlara daxildir. Aparılan araştırmalar nəticəsində bəlli olmuştur ki, ünsiyyət zamanı qarşımızdakına təsir edən faktorlar belə bölünür.
Danışıq ( nə danışdığımız ) - 7 %
Səs tonu - 38 %
Bədən dili ( ümumi görüntü ) - 55 %
Bu tipli çoxsaylı araştırmaların nəticəsi hər zaman bir-birinə yaxın olub. Buradan bu nəticəyə gəlmək olar ki, əsas nə danışdığımız deyil necə danışdığımızdır. Bədən dilindən və səs tonundan düzgün istifadə etməklə çıxışın məzmunundan asılı olmayaraq müəyyən uğur əldə etmək mümükündür. Buna ən gözəl nümunə siyasətçilərin çıxışları, bədən dilləri və rəng seçimləridir.
Bəlkə də bu kiçik şeylər bəzilərinizə mənasız görünə bilər amma diqqətli olsanız hər gün efirdə görünən liderlərin,siyasətçilərin çox professional şəkildə bu kiçik “hiylələrdən” istifadə etdiyini görərsiniz. Siyasətdə ən kiçik hərəkətin belə bir mənası var və bu hərkətlər bədən dili mütəxəssisləri tərəfindən təklif olunan hərəkətlətdir ki, hər biri psixoloji əsaslara dayanır.
İnkişaf etmiş ölkələrdə siyasətçilərə PR xidməti göstərən xüsusi ixtisaslaşmış şirkətlər var.Bu xidmətlərə geyim,rəng,reklam çarxları, kompaniyalar,çıxışlar,bədən dili , jest-mimika, səs tonu və.s daxildir. Ölkəmizdə bu xidmətlərdən hələ ki, istifadə olunmur. Bu yazıda kankret misallarla siyasətdə qəbul olunmuş bəzi bədən dili "qaydalarından" və rəng psixologiyasından yazacağam.
Natiqlik bir siyasətçinin olmazsa olmazıdır. Natiqlik haqqında çox yazmaq istəmirəm. Lakin seçki ərəfəsində olan Türkiyədə bir mitingdən canlı bağlantını izləyirdim və diqqətimi R.T.Ərdoğanın cıxışı zamanı yerli dialektlərdən və ya ləhçədən istifadə etməsi çəkti. Daha sonra internetden digər çıxışlarını da izlədim və bir çox bölgələrdə bunu etdiyini sezdim.
Ərdoğan çıxışları zamanı kütləni mütləq nəzərə alır və hər dəfə onlardan biri olduğunu çatdırmağa çalışır. Məsələn: Sivasta çıxışı zamanı sivaslıların ləhçəsi ilə “gardaş” sözünü bir neçə dəfə işlətdi. Kürdlərin toplu şəkildə yaşadığı ərazilərdə söhbət əsnasında mütləq “Ahmet Kaya” mövzusuna toxunur. Trabzondakı digər bir çıxışı zamanı da eynən ləhçə ilə “e bak doğru diulmu ?”, “ha bi bekle” və.s bu kimi ifadələrlə kütləyə onlardan biri olduğunu inandırmağa çalıştı.
Nitq zamanı bədən dilindən professional şəkildə istifadə edir. Bədən dilində siyasətçilərin çox istifadə etdiyi bəzi “hiylələr” var ki, Ərdoğan da bunlardan maksimum istifadə edir. Əgər Ərdoğanın ilk nazırlik illərindən şəkillərə diqqət yetirsəniz bədən dilinin çox zəif olduğunu dərhal anlayarsınız. Bu mövzuda sonradan peşəkar dəstək aldığı məlumdur. Məsələn: Ərdoğan rəqibləri haqqında danışarkən hər zaman işarə barmağı ilə rəqiblərini günahlandırır.Bədən dilində şəkildə gördüyünüz hərəkət: “barmağın tuşlandığı insanın günahkar olduğunu və buna görə cavab verəcəyini” bildirir.
.png)
Daha çox istifadə olunan digər bir hərəkət isə güvən hissi aşılayan hərəkətdir. Çıxış zamanı əllər nə qədər bel hissəsindən ayrılar və havaya qalxarsa, bu qarşındakına güvən hissi aşılayar .Ovuc içləri isə qarşısındakı insanlara doğru. “mən sizlərdən biriyəm, mənə güvənə bilərsiniz” deyər. Bu hərəkəti daha çox Berlusconi edir.Aşağıdakı şəkildə gördüyünüz kimi:
.png)
Siyasətdə digər önəmli bir məsələ də baxışlardır . Üzdə baxışların yönəldiyi rəsmi bölgə alın nayihəsi sayılır. Aşağıdakı şəkillərə baxın bədən dilində bu hakim insana məxsus baxışdı yəni qarşındakına diqqət yetirmirmiş təsəvvürü yaratmaq . Buna misal olaraq Bülənt Ecevit - George Bush və R.T. Ərdoğan - George Bush arasında baş verən görüşlərdən şəkillərə diqqət yetirin.
.png)
Hər 2 şəkildə G. Bush öz hakimiyyətini hiss elətdirir Ecevit və Ərdoğan Bush-a diqqətlə baxır amma Bush “burda boss mənəm” deyir. Növbəti illərdə çəkilmışşəkillərə diqqət yetirsəniz Ərdoğanın bu sahədə daha bilgili olduğunun şahidi olarsınız.
2. Rənglərin psixologiyasi.
Əvvəlcə biraz rənglər haqqında. Aparılan araştırmalar sübut edir ki, rənglər insan psixologiyasına birbaşa təsir edir. Rənglər insanlarda müxtəlif kimyəvi reaksiyaların getməsinə güclü təkan verir.Rəng psixologiyasindan dünyanın lider şirkətləri mükəmməl şəkildə istifadə edirlər. Məsələn qırmızı rəngin aclıq hissi yaratmasından yeyinti sahəsində olan böyük şirkətlər istifadə edir.
Qida sektoruna diqqət yetrirsəniz lider şirkətlərin logosunda qirmizi rəng mütləq var. Fast food sektorunda isə əsasən sarı və qırmızı rənglərdən istifadə olunur. Sarı keçicilik, daimi olmayan mənasına gəlir. Yəni aclıq hiss edin yeyin ama çox qalmayın tezdə tərk edin buranı. İnsanı sıxan narahat edən digər bir rəng isə qəhvəyi rəngdir, Mcdonaldsa kənardan diqqətlə baxsanız qırmızı rəng daha qabarıg hiss olunur amma içəri daxil olandan sonra sarı və qəhvəyi rənglərdən daha çox istifadə olunduğunun şahidi olarsınız.
Rəsmiyyət ciddiliyi sevdiyi üçün siyasətdə rəng seçimində də ciddi,tünd rənglər ilkin seçim olur. Ağ rəngdən istifadəyə hər zaman üstünlük verilir. Ağ rəng təmizlik,şəffaflıq , dürüstlük hissi yaradan rəngdir. Siyasətçilər çıxışlar zamanı dürüst, təmiz, olduqlarını sərgiləmək üçün ağ köynək geyinirlər. Köynəyin qollarını qatlamaq isə rəsmiyyəti azaldır.
