“Samsung”,“iPhone” və “iPad”ın patentli xüsusiyyətlərini kopiyaladığı səbəbindən “Apple”ə 290 milyon dollar ödəməyə məhkum edilib.
“Samsung”a “Apple”in patent hüququnu pozması səbəbilə yeni cəza verilib. Silikon Vadisində bir məhkəmə, “Samsung”un “iPhone” və “iPad”ın patentli xüsusiyyətlərini kopiyaladığına qərar verərək şirkəti “Apple”ə 290 milyon dollar ödəməyə məhkum edib.
“Samsung” ötən il də patent pozuntusu səbəbilə “Apple”ə 1 milyard dollar ödəməyə məhkum edilmişdi. Yeni iddianı görən məhkəmə, keçən il kəsilən cəzanın 450 milyon dollarlıq qisimini səhv hesablandığı səbəbilə düşərək cəzanı 550 milyon dollara endirmişdi.
Keçən ilki qərarı öz hakimləri ilə yenidən araşdıran “Samsung”un, bu son qərara da etiraz edəcəyi gözlənilir.