illy -uzun illər boyunca kofeni və müasir incəsənəti birləşdirən brenddir. BQB agentliyi brendin ən yaxşı art-layihələrini təqdim edib. Brend qədim yunanların gözəllik və xeyirxahlıq rəmzi olan "kalokaqatiya" dan ruhlanır. "illy" ən xırda detallarda belə gözəllik axtarır və bunu yaradıcı şəkildə rəssamların əl işlərində nümayiş etdirir. Brend indiyə qədər dünyanın bir çox rəssamları ilə əməkdaşlıq etmişdir.
Bu yaxında "illy" çin rəssamı Liu Veya tərəfindən hazırlanmış kofe saxlanması üçün şüşə qablar, kofe fincanı və nəlbəkilərini təqdim etdi.


