Digital marketinq anlayışı eyni zamanda interaktiv marketinq, internet marketinq, e-marketinq şəklində də istifadə edilir.


·         Digital marketinq nədir?


·         Ənənəvi marketinqdən fərqli yönləri nədir?


·         Niyə Digital marketinqə ehtiyac duyuruq?


·         Strateji üstünlükləri nələrdir?


·         İnnovasiya ilə necə əlaqələndirilə bilər?


Əvvəlcə bunu ifadə etmək lazımdır ki, digital marketinq bir satış üsulu deyil. Əldə olunan nəticələr sayəsində satış artımını təmin edən bir əlaqələndirmə və ünsiyyət müddətidir. Ayrıca olaraq marketinq planı ilə digital marketinq planı eyni şeylər deyil. Onsuz da şirkətlərin bir çoxu hal-hazırda;


·         marketinq strategiyasına,


·         marketinq planına,


·         digital marketinq planına 


·         marka rəhbərliyi strategiyasına sahib deyil


İnternetdən əvvəl


İnternetdən sonra


Monoloq


Tək istiqamətli funksiya


Kütləvi ünsiyyət


Statik


Atəşfəşanlığa yaxınlıq


Müştərilər arasında ünsiyyətin olmaması


Müştəriləri təyin etmək çətindir


Müştəriləri idarə etmək çətindir


Dialoq


Şəxsə özəl marketinq


Düzgün zamanlı


Dinamik


Ortaq şəkildə iştirak


Seqmentlərə ayrılmış


Sıx müştəri ünsiyyəti


Daha çox müştəri  məlumatı


Digital marketinqin təmin etdiyi strateji üstünlüklərə gəldikdə isə:


·         Rəqabət üstünlüyü üçün yeni qaynaqlara yaxınlaşmanı asanlaşdırar


·         Vasitəsiz paylaşma modeli


·         Tədarük zəncirinin optimallaşdırılması


·         Yeni iş modellərinin çıxarılması


·         Əldə olunmamış alt seqmentləri hədəfləyə bilmək


·         Bazarı daha məhsuldar istifadə etmək


·         Daha dürüst və şəffaf bazar dövrü


Bəs bu qədər vaxta digital marketinqdə bir şey dəyişmədimi? Yəni 10 il əvvəl ilə bu an arasında nə fərqlər var? Digital marketinqin təməl qaydaları aradan keçən zamanla və davamlı dəyişən istehlakçı meylləri səbəbilə yeni fikirlərə ehtiyac duydu:


Digital marketinq planı hazırla


Digital marketinqdə yeni yanaşmalar


Yaxşı bir domen seç


Sayt yarat və infrastrukturunu hazırla


Saytına lazımlı əlaqələri qur


SEO planı və strategiyanı təyin et


Gerçək zamanlı sayt analizlərini izlə


Ünsiyyət üçün e-poçt və anlıq mesajlaşma sistemlərini istifadə et


Müştərilərinin e-poçt siyahısını tut


Online reklam ver


Trafikini artır


Əvvəl fikir satmaqla başla


Fikrinin ətrafında bir kütlə meydana gətir


Böyüklük əhəmiyyətli deyil


İdarəsini kütləyə verərək riskini azalt


Səlahiyyətləndirmə sərhədləri qoyma


Şəffaflıq böyük dəyər yaradar


Düzgünlük sürətli yayılar, dürüst ol


Qiymət tək başına əhəmiyyətli deyil


Dəyər zəncirini optimizə et


İş modelini davamlı yenidən hazırla


Strategiyanı dəyişdir


Əvvəllər marketinqdə 4P`ni şirkətlər tənzimləyərdi. Bütün riskləri tək başına üstlənirdilər. Daha sonra istehlakçılarına təqdim edər və strategiyalarının işə yaradığını düşünərdilər. İndi isə dəyişən bazar şərtləri və inkişaf edən texnologiya ilə kütlələrin də bu müddətə daxil olmağı asanlaşdı. Artıq məhsulun dizaynından tutmuş qiymətinə, təqdimatına qədər bir çox mərhələdə istehlakçılar birbaşa fiqur halına gəldi. Təxmin etməyə çalışaraq bütün riski boynuna götürmək əvəzinə, buraxın insanlar sizin yerinizə problemlərini dilə gətirsin, həllini və təkliflərini təqdim etsin, həlləri tələb etsin. Beləsi həm daha az riskli, həm də daha sürətlidir…