Günümüzdə şirkətlərin kadr ehtiyacı, əsasən, axtarış saytları ilə yaxud da “tanışlıqla” təmin edilir. Buna ətraflı baxdıqda, belə bir mənzərə ilə rastlaşırıq: bütün gün peşəkarlıqdan danışan bəzi şirkət rəhbərləri bəzən öz quyularını elə özləri qazırlar. Bir şirkətdə adekvat kadr seçimi reallaşdırılmırsa və kadr seçiminə səthi yanaşılırsa, həmin şirkət bünövrəsi xarab materialdan hazırlanmış, qaldıqca daha təhlükəli və dağılmağa üz tutmuş binanı xatırladacaqdır. Bir şirkətin tərkibi çox şeydən xəbər verir. Bu tərkib keyfiyyətlidirsə şirkətin ömrü uzanıb, qısa zamanda konkurentlər arasında güclü olacaqdır. Həm də əsl şirkət kimi formalaşacaqdır.



Azərbaycandakı əksər şirkətlərdə kadr seçimi elə də çox şəffaf keçirilmir və bu kadrlar bəzən sadəcə “tanışlar”dan ibarət olur. “Tanışlar”ın işə qəbulu zamanı sadəcə kiminsə qohumu, tanışı, dostu olması əsas şərt nəzərdə tutulursa, bu zaman şirkət üçün nə dərəcədə yararlı olacağı sual altında qalır. Təəssüf ki, bu şirkətlərin aqibəti “Titanik”in taleyi ilə eyni olacaqdır.



Bir şirkətin kadr ehtiyatı yalnız və yalnız peşəkar HR-ın adekvat dəyərləndirməsi ilə yaradıla bilər. Peşəkar kadr dəyərləndirməsi və seçimini daha sürətləndirmək üçün alternativ yollar araşdırmaq lazımdır. Çünki indi vaxt hər şeydən bahadır.



Azərbaycanda bir çox iş axtarış saytları açılıb və açılmaqdadır. Amma bunların arasında yox dərəcədə uğurlu layihələr mövcuddur. Stabil yolla getmək istəyənlər ordusunun ortaq maraqları onları gec-tez məyus edəcəkdir.



Ölkəmizdəki kadrların peşəkarlıqlarına ümumi nəzər yetirsək yenə də müəyyən çatışmazlıqları görəcəyik. Bir çox tanınmış, güclü brend və şirkətlərdə “time management” – liyə çox böyük önəm verirlər. Mən bunu azərbaycanca “vaxtın idarəsi” adlandırardım. İxtisas sahibi olmaq və təcrübəli olmaq hər şeyi həll etmir. Vaxtı isə hər adam idarə edə bilmir. Bunu insan çox gənc yaşlarından özündə formalaşdırmalıdır və bu elə də asan iş deyildir. Çünki proqramlaşdırılmış şəkildə yaşamaq hamı üçün o qədər də xoşagələn deyildir. Bəlkə də bir çoxu uşaq olarkən məktəbdə müəllimlərin bizə “Uşaqlar, özünüzə gündəlik tutun və rejimlə yaşayın. Tez yatın, tez durun!” dediklərini xatırlayar. Bəzən planlı şəkildə yaşamağı biz sərbəstçiliyimizin əlimizdən alınması şəklində ifadə edirik. Lakin, həqiqətən, yanılırıq. Gün ərzində bəlkə də çox təkrar edirik – “Vaxtım yoxdur!”.“Time management” – liyi bacaran insanlar bu sözü çox nadir istifadə edirlər. Vaxtını idarə etməyi bacaran insanların sərbəstçiliyi heç kəsdə mövcud deyil. Bunu görə bilməyənlər çoxdur.



“Time managment” – liyi kadrlarda ilk növbədə digər bütün zəruri amilləri də gözardı etmədən kadr seçimində çox inamlı addım ataraq Azərbaycanda, Qazaxıstan, Rusiya, Ukrayna kimi ölkələrlə əməkdaşlıq etməyi hədəfləyən yeni bir şirkət haqqında söz açmaq istəyirəm. İtalyada yerləşən və Azərbaycanda da bir çox şirkətlərlə artıq ciddi əməkdaşlığa addım atmış Business Source Italy şirkəti xarici peşəkar kadr axtarışını və şirkətlər arasında partnyorluq qurulmasını təmin etməyi qarşısına əsas məqsəd qoymuşdur. Belə ki, şirkətin direktoru İrina İerokh Azərbaycana səfərində bir çox şirkətlərlə görüşmüş və şirkətlərə peşəkar kadr və partnyorluq axtarışı xidmətini təqdim etmişdir. Bizim şirkətlərin “time management” – liyi daha yaxşı formalaşmış insanlara, bilavasitə, müəyyən sahələrdə Azərbaycanda çatışmayan kadrlara, həqiqətən, çox ehtiyacı var.




Şirkətinizi dünyadan bixəbər “tanışlar”a yox, peşəkar əllərə təslim edin. Təslim edin ki, sizin də ümidləriniz özünü doğrultsun.