Ətrafımıza nəzər salsaq gördüyümüz işlərin bir çoxunun marketinqlə bir başa bağlı olduğunu müəyyən etmiş olarıq. Bir çox elmlər insanı əhatə edən mühitin izahı və səbələrini göstərməklə kifayətlənir. Bir çox sahənin mütəxəssisləri həmin sahə üzrə öz biliklərini məhdudlaşdırır.
İnsan cəmiyyətinin bütöv şəklinə nəzər salsaq birmənalı şəkildə bütün formasiyalarda və inqilablarda əhəmiyyətli rol oynayan amil məhz insan düşüncəsidir. Daha doğrusu insan düşüncəsi reallığını qəbul etmək və onunla hesablaşmaqdır. Hətta ötən əsrin əvvəllərində Lenin belə deyirdi "Inqilab öncə beyinlərdə baş tutmalıdır". Baş tutdu da. Sonra elə ilk öncə beyinlərdə də iflasa uğradı. Bugün bizim adi ərzaq olaraq istifadə etdiyimiz kartofun Fransada yayılmasını və istifadə edilməsinin tarixçəsinə nəzər salsaq bunun edilməsinin həmin dövrlə müqaisədə bu gün nə dərəcədə asan olduğunun şahidi olmuş olarıq. Əlbətdə bu gün mövcud olan və təcrübədən keçən metodlar vasitəsilə nəinki tələbi qarşılamaq, hətta onu yaratmaq mümkündür. Əgər orta əsirlərdə bu kartof idi isə bu gün iPhone, İpod və s. bu qəbildən olan məhsulları göstərmək olar.
Bir tanışımın sözü var: "Müharibədə iki şey olur, biriləri ölür digərləri isə pul qazanır". Dünya hərblər tarixinə nəzər yetirsək ən qanlıları xaç yürüşləridir. İnsanların ideaları uğrunda dünyanın bir ucundan o biri ucuna sürükləyən əzablı müharibələrdir xaç yürüşləri. Ya da bu gün bizim absurd olaraq baxdığımız Sosial Darvinizmi əlində bayraq edərək Allahın yaratdığı və eyni ata-anadan (Adəm və Həvvadan) doğulan xalqların bir qismini "lazımsız" elan edən faşizm, və yaxud inkişaf və təkamülünə paxıllıq edərək "təhlükəli" elan edilən yəhudi millətinin əzabları olsun, bunlar idarə edilən insan düçüncələrinin məhsullarıdır.
Çox uzağa getməyək, sonuncu Amerika-İraq müharibəsi başlayar başlamazdan öncə insanların fikirləri ikiyə ayrılmışdı. Hətta yadımdadır orta məktəbdə bir tədbir zamanı buna etiraz olaraq çıxış etməyəcəyimi bildirəndə müəllimlərim məni bərk tənbeh etmişdilər. Onlar inanırdılar ki, Səddamda nüvə silahı var. 2003-cü ilədə "War as an Economic Operation" adlı təqdimat hazırlamışdım və bütün məlumatlar internetdə səpələndiyi halda mənim şalvarımın balağını müşahidə edib mənim qatı dindar olub olmamağımı müəyyən etmək istəyən müəllimlərim də vardı. Onlar mənim hansı məscidə getdiyimi və antisemitist olub olmadığım yoxlayırdılar. Evimin sinaqoqun yanında olduğunu və dostlarım işərisində çoxlu yahudi olduğunu bilə bilə. Bir müddət sonra isə fikirlər yenə də dəyişdi.
İnsanlarda vətənpərvərlik hissi, humanizm, xöşgörülük, qonaqpərvərlik və hətta gigiyena belə idarı edilə bilən düşüncənin məhsuludur. İnsan düşüncəsi təbiətdən daha güclüdür. Onun yönləndirilməsi, inkişafa meyl etdirilməsi, həm də azadlıq verilməsindən asılıdır. O su kimidir. Axmağa məhkumdur. Xaosun olmadığı cəmiyyətlərə diqqət yetirsək məhz bu axının yönləndirildiyini görmüş olarıq. Xaosun hakim olduğu cəmiyyətlərdə isə bir neçə heyvanın arabanı fərqli istiqamətlərə çəkməsi mənzərəsini görmüş olarıq.
Fərqi yoxdur biznes, siyasət, ictimai fəaliyyət fərq etməz. Məncə hər şeyin pərdə arxasında olmaq və tarix yazmaq çox vacibdir. Əlbətdə yazmaq heç də hər kəsə nəsib olmur. Ancaq tarixi xronoloji ardıcıllığı bilmək üçün oxumaq qədər maraqsız heç nə ola bilməz. Tarix sahəsi ilə əlaqəli olanlar məndən inciməsinlər. İndiyə qədər tarix kitabının yerini verəcək yuxu gətirici keçməyib əlimə. Önəmli olan prosesləri anlamaq və düzgün dəyərləndirməkdir. Yəni pərdə arxasını görə bilmək. Bu adi endirim aksiyasi da ola bilər, bazara yeni brendin təqdim edilməsi də, Səfəvi yürüşləri və 911-də. Hansı sahədə olursa olsun yaxşı marketoloq olmadan işin faydalı olması qeyri-mümkündür.
Marketoloqun hər zaman gözü 2-dən artıq olmalıdır. O hamını gördüyü ilə yanaşı, görə bilmədiyini, görmək istəmədiyini və görtərilərsə bəyənəcəyini də görməlidir. Biz insanlar qəribə məxluqlarıq biz bir şeyi istəyə, başqa bir şeyi bəyənə və nə birinci nə də ikinci olmayan digər şeyi seçə bilərik. Bu baxımdan marketoloqlar insan psixologiyasını və insan beyninin frekansını yaxsı bilən adamlar olmalıdırlar.
Hər cəhətdən marketoloq ictimai məsuliyyət daşıyır. Onun apardığı aktivlik sağlam gənc nəslin və ya xəstə nəslin də yetişməsilə nəticələnə bilər. Onun sayəsində insanlar təbiəti sevə və ya sökə bilərlər. Onun sayəsində ölkədə evlənmə və boşanma hallarının sayı arta və ya azala bilər və s. və ilaxır.
Mən ixtisasca neft mühəndisiyəm. Müxtəlif sahələrdə çalışmışam. Ancaq çox sevinirəm ki, gec də olsa "nöqtələri birləşdirə bilmişəm" (Steve Jobs). İflas qaçılmaz faydadır. Hər halda növbəti zirvəyə çıxmaq üçün başqasından enmək lazımdır. Marketing AİR əhəmiyyətli təcrübədir və çox sevinirəm ki, onda iştirak etmişəm. Həm faydalı dostlar həm də profesional insanlarla tanış olmuşam. Mən bunu sıçrayış olaraq görürəm. Əlbətdə təkərə çomaq keçirənlər də olacaq. Bu hər sahədə var. Lakin çalışmalı və hələ də çox çalışmalıyam. Ən azından çalışmalıyam ki, yuxarıda yazdıqlarıma sahib olub.
Hər kəsə fəaliyyətində uğurlar arzulayıram. Bu yazını həm "BlogAİR" müsabiqəsi üçün və həm də AİR-ə təşəkkür olaraq yazıram.